İran Əmək Nazirliyi: “Gənclərin 30%-i nə işləyir, nə də təhsil alır”

2019-10-09 14:33

GünAz TV: İranın Əmək Nazirliyi ölkə gənclərinin 30%-nin nə işlədiyi, nə də təhsil aldığı barədə məlumat yayıb.

 

Nazirliyin Statistika və Strateji Məlumatlar Mərkəzinin hazırladığı hesabata əsasən, bu kateqoriyaya ölkənin 15-24 yaşlı gəncləri daxildir.

 

Dəyərləndirməyə əsasən, ağır ailə-məişət şəraitinə rəğmən, ailədə yaşlılar və ya uşaqlara baxmaq məcburiyyətinə görə, işləyə bilməyən, xəstə gənclər, eləcə də ciddi maliyyə problemi olmayan, lakin iş axtaran gənclər qeyd edilən kateqoriyaya daxildirlər. Onlar işləməməklə barəbər, təhsil də almırlar.

 

İşsizlik İran əhalisi, xüsusən də gənclər arasında ən böyük problemlərdən biridir. Ötən il yayılan statistikalarda Kirmanşah əyaləti 16.4% göstərici ilə işsizliyin ən yüksək olduğu bölgə kimi göstərilmişdi. Kohgiluyə və Boyer-Əhməd, eləcə də Sistan və Bəlucistan əyalətləri müvafiq olaraq 4.9 və 4.7%-lik göstərici ilə işsizliyin ən çox artdığı bölgələr olmuşdular.

 

Digər tərəfdən, aparılmış araşdırmalar göstərir ki, İranın işsiz əhalisinin ümumi sayı 237 min nəfər artaraq, 3 milyon 326 min nəfərə çatıb.

 

Lakin mütəxəssislər İranın təqdim etdiyi rəsmi statistikaları düzgün hesab etmirlər. Onlar bildirirlər ki, dövlət daxili narazılığa səbəb olmamaq üçün bütün sahələrdə rəqəmləri olduğundan dəfələrlə az göstərməyə çalışır.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda "casusluq"da ittiham edilən bir neçə nəfər saxlanılıb

2020-08-11

gun az article

GünazTV Aug.10.2020: “BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı silah embaqrosu layihəsini müzakirəyə çıxarır”

2020-08-11

gun az article

Nəsrin Sütudə: "Siyasi məhbusların azadlığı üçün aclıq aksiyası edirəm"

2020-08-11

gun az article

TŞ-da İrana qarşı silah embarqosunun uzadılması müzakirə ediləcək

2020-08-11

gun az article

İranda daha 184 nəfər koronavirusdan ölüb, 2345 nəfər xəstəliyə yoluxub

2020-08-11

gun az article

İranda ali məktəblərə qəbul imtahanları təxirə salınıb

2020-08-11

gun az article

Hormozqan əyalətində daha 9 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 610 nəfərə çatıb

2020-08-11

gun az article

Rəsmi Kiyev: "Təyyarənin vurulmasına görə kompensasiyanı İran ödəməlidir"

2020-08-11

gun az article

Kelli Kraft: “Ən düzgün seçim İrana qarşı qoyulan silah embarqosunun müddətinin uzadılmasıdır”

2020-08-11

gun az article

GünazTV Aug.09.2020: “Amerikada İşsizliyə görə verilən həftəlik müavinətlər 600 dollardan 400 dollara endirildi”.

2020-08-10

gun az article

İranlı rəsmi dövlətin koronavirusla bağlı statistikalarını saxta adlandırıb

2020-08-10

gun az article

Eli Kohen: "İsrail İranın hər bir yerində baş verənlərdən məlumatlıdır"

2020-08-10

gun az article

Rəsmi Tehran: "Ukrayna təyyarəsi qurbanlarına təzminatı Avropa şirkətləri ödəməlidir"

2020-08-10

gun az article

İranda daha 2132 nəfər koronavirusa yoluxub, 189 nəfər vəfat edib

2020-08-10

gun az article

Evin həbsxanasında bəzi siyasi məhbuslar koronavirusa yoluxub

2020-08-10

gun az article

Minu Mohrəz: “Koronavirus mutasiya edib. Payızda vəziyyətimiz daha pisləşəcək”

2020-08-09

gun az article

İranda xristianlığı qəbul edən daha 4 nəfər həbsə məhkum edilib

2020-08-09

gun az article

İranın Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib

2020-08-09

gun az article

İranda daha 163 nəfər koronavirusdan ölüb, 2020 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-08-09

gun az article

Əlbürz əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib. İnfeksiyadan ölənlərin sayı 804 nəfərə çatıb

2020-08-09