İran Fordo təsisatında sentrifuqalara qaz təzyiq olunması və zənginləşdirilmiş uran istehsalına başlayıb

İran Fordo təsisatında sentrifuqalara qaz təzyiq olunması və zənginləşdirilmiş uran istehsalına başlayıb

GünAz TV: İran Atom Enerjisi Təşkilatı bu gün səhər saatlarından Fordo Nüvə Kompleksində sentrifuqalara qaz təzyiq olunması və zənginləşdirilmiş uran istehsalı prosesinin start götürdüyü barədə məlumat yayıb.

 

Təşkilat bütün bu proseslərin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında həyata keçirildiyini bəyan edib.

 

“Fars” xəbər agentliyində yayılan məlumatda isə qeyd edilir ki, Fordo zavodunda 174-ü İR-1 sinfindən olan sentrifuqalar da daxil olmaqla, ümumilikdə 1044 sentrifuqa var və onlardan 696-sına artıq qaz vurulub.

 

Buna baxmayaraq, bəzi mənbələr isə İranın hələ ki, yalnız İR-1 tipli sentrifuqalara qaz təqyiz etdiyini bildirirlər.

 

 

Xatırladaq ki, ötən gün İran rəsmiləri Qum şəhəri yaxınlığından yerləşən Fordo zavodunda uranın zənginləşdirilməsi prosesinin başlandığını elan etmişdilər. İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi yerli media orqanlarına verdiyi müsahibə zamanı şənbə gününə qədər zavodun uranı 4.5% nisbətinə qədər zənginləşdirəcəyini bildirmişdi.

 

Avropa ölkələri və Amerika Birləşmiş Ştatları məsələyə bildikləri reaksiyada İranın öz nüvə öhdəliklərinə dərhal əməl etməyə çağırmışdılar.  Rəsmi Tehranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasına əsasən, İran 2023-cü ilə qədər 30-dan artıq mütərəqqi sentrifuqa hesab edilən İR-6-dan istifadə edə bilməz. Eləcə də, bu razılaşma ilə İrana uranı 3.67%-dən artıq zənginləşdirmək və 300 kiloqramdan artıq depolamaq qadağan edilirdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN