İran Milli Məclisinin deputatı: “Maşınqayırma sənayesi ölkədə müharibə səviyyəsində insan ölümünə səbəb olur”

İran Milli Məclisinin deputatı: “Maşınqayırma sənayesi ölkədə müharibə səviyyəsində insan ölümünə səbəb olur”

GünAz TV: İran Milli Məclisinin “Konstitusiyanın 90-cı Maddəsi Komissiyası” nın sözçüsü Bəhram Parsayi maşınqayırma sənayesinin ölkəyə müharibə səviyyəsində ziyan vurduğunu deyib.

 

Deputatın sözlərinə görə, ölkədə bu sahədə kəskin korrupsiya əməlləri mövcuddur və bir icraçı direktorun tutulması ilə məsələ həll edilməyəcək.

 

Bəhram Parsayi həmçinin qeyd edib ki, ölkədə istehsal olunan maşınların təhlükəsizlik standartlarına cavab verməməsinə görə, hər il qəzalar nəticəsində azı 17 min nəfər həyatını itirir, on minlərlə insan ağır yaralanır.

 

O, insan itkisinin sayının bu qədər çox olmasının sürücü xətaları ilə bağlanmasının doğru olmadığını deyib. Deputat bildirib ki, əgər maşınlar təhlükəsizlik standartlarına cavab versələr, heç bir halda ölümlərin sayı bu qədər çox ola bilməz.

 

Qeyd etmək lazımdır ki, hər il İranda minlərlə insan yol qəzalarında dünyasını dəyişir. Yerli istehsal olan avtomobillərin təhlükəsizlik sistemləri ilə təchiz edilməməsi insan ölümlərinin bu qədər çox olmasının əsas amilidir. Digər tərəfdən, ölkənin müxtəlif bölgələrində yolların bərbad vəziyyətdə olması tez-tez ağır yol qəzalarına yol açır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN