İran Parlamenti “Keyhan” qəzeti də daxil olmaqla, 5 media orqanını özəlləşdirməklə bağlı layihə hazırlayıb

İran Parlamenti “Keyhan” qəzeti də daxil olmaqla, 5 media orqanını özəlləşdirməklə bağlı layihə hazırlayıb

GünAz TV: İran Milli Məclisi dövlətin və Tehran İcra Hakimiyyətinin “Ettelaat”, “İran”, “Keyhan”, “Cəme-Cəm” və “Həmşəhri” kimi mətbu orqanları özəl sektora verməsini zəruri edəcək qanun layihəsi hazırladığı barədə məlumat yayıb.

 

Layihədə adları çəkilmiş müəssisələrdən ikisi- “Ettelaat” və “Keyhan” birbaşa “dini lider” Əli Xamneyiyə tabe olan və onun tərəfindən idarə edilən mətbu orqanlardır.

 

Buna görə də, bu gün Parlamentdə müzakirəyə çıxarılan qanunun qəbul edildiyi təqdirdə, dövlətin həmin 2 orqanı özəlləşdirmək qüdrətinin olmayacağı təxmin edilir.

 

Sözügedən müəssisələrin özəlləşdirilməsi ilə bağlı Tehran Şəhər Şurasının üzvü Mahmud Mirlövhi bu xüsusda bildirib ki, Şura özəlləşdirmə ilə bağlı qərar qəbul etmək işini İcra Hakimiyyətinə həvalə edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN