İran rəsmisi: “Dövlət qurumlarında rəhbər vəzifələrində çalışan və ikili vətəndaşlığı olan 35 nəfər işdən çıxarılıb”

İran rəsmisi: “Dövlət qurumlarında rəhbər vəzifələrində çalışan və ikili vətəndaşlığı olan 35 nəfər işdən çıxarılıb”

GünAzTV: İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Seyid Hüseyn Nəqəvi Hüseyni, oktyabrın 19-da jurnalistlərə açıqlamasında dövlətin bəzi qurumlarında çalışan ikili vətəndaşlığı olan şəxslərdən danışıb.

 

O bildirib ki, son günlər dövlət orqanlarında çalışan və ikili vətəndaşlığı olmaqda şübhəli bilən 79 nəfərin vəziyyəti araşdırılıb: “ETTELAAT rəhbərinin bildirdiyinə görə, durumları araşdırılan həmin şəxslər arasında 35 nəfərin ikili vətəndaşlığa malik olması sübuta yetirilib və onlar işdən çıxarılıb”.

 

Sözçü, ikili vətəndaşlığı olan şəxslərin işdən azad edilməsinin konkret səbəbini açıqlamasa da, son vaxtlar ölkənin bəzi rəsmiləri ikili vətəndaşlığı olanların dövlət qurumlarında işləməsinə qarşı çıxaraq, “xarici düşmən”in həmin şəxslər vasitəsilə dövlət strukturlarına nüfuz edə biləcəyi barədə xəbərdarlıq edib.

A.M

Açar Sözlər

Dünya və İran

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN