İran rəsmisi: “İran, Səudiyyə Ərəbistanı hökumətini devirmək niyyətində deyil”

İran rəsmisi: “İran, Səudiyyə Ərəbistanı hökumətini devirmək niyyətində deyil”

GünAzTV: İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani yanvarın 16-da jurnalistlərə açıqlamasında Tehranla Ər-Riyad arasındakı münasibətlərdən və Səudiyyə Ərəbistanının Suriya və Yəməndə yürütdüyü siyasətindən danışıb.

 

Əli Şəmxani bildirib ki, Səudiyyə Ərəbistanının Suriya və Yəməndə yürütdüyü siyasət, həmin ölkələrdə, eləcə də bölgədə terrorçu qruplaşmaların gücləndirilməsinə gətirib çıxarıb: “Tehranla Ər-Riyad münasibətləri ilə bağlı mövcud bəzi təsəvvür və təxminlərə baxmayaraq, İran nəinki Al-i Səudu və Səudiyyə Ərəbistanı hökumətini devirmək niyyətində deyil, hətta onun devrilməsi uğrunda aparılan cəhdlərin qarşısını almağa çalışır.

 

Al-i Səud hökumətinin süqutu, heç də o demək deyil ki, onun yerinə daha yaxşı bir alternativ gələcək. Çünki Al-i Səudun devrilməsi,  çox ehtimal ki, Səudiyyə Ərəbistanının parçalanması və bu ölkənin böyük bir hissəsinə mənfur İŞİD təfəkkürünün hakim olması ilə nəticələnəcək. Hesab edirik ki, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələr, müsəlman ölkələrində, o cümlədən də Suriyada cərəyan edən parçalanma prosesinə konkret münasiubət bildirməli, ona müsbət yanaşıb-yanaşmadıqlarını müəyyənləşdirməlidirlər”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN