İran rəsmisi: “Növbəti seçkilərdə indiki prezidentin səlahiyyəti rədd edilə bilər”

İran rəsmisi: “Növbəti seçkilərdə indiki prezidentin səlahiyyəti rədd edilə bilər”

GünAzTV: İranda Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Nicatullah İbrahimiyan qarşıdan gələn prezident seçkilərindən və növbəti prezidentliyə namizədliyini irəli sürəcək şəxslərin, o cümlədən də indiki prezident Həsən Ruhaninin səlahiyyətinin rədd edilə biləcəyi ehtimalından danışıb.

 

Yanvarın 14-də jurnalistlərə açıqlama verən Nicatullah İbrahimiyan bildirib ki, İranın hazırkı prezidenti Həsən Ruhaninin növbəti seçkilərdə namizədliyinin və onun səlahiyyətinin qəbul olunması üçün heç bir zəmanət yoxdur: “Konstitusiyaya Nəzarət Şurasının iclaslarında indiki prezidentlə bağlı konkret hər hansı bir söhbət aparılmayıb. O, prezidentliyi yenidən namizədliyini irəli sürərsə, onun səlahiyyətinin rədd və ya qəbul ediləcəyi haqda müxtəlif fikirlər var. Lakin heab edirik ki, hüquqi baxımdan prezidentlə başqaları arasında heç bir fərq yoxdur. Məhz buna görə də onun da, yəni indiki prezidentin də səlahiyyəti rədd edilə bilər.

 

Konstitusiyaya Nəzarət Şurasında növbəti seçkilərə qatılacaq şəxslərin kimliyini və onlardan kiminsə bundan əvvəl prezident vəzifəsində çalışıb-çalışmadığını nəzərə almadan bütün namizədlərə eyni gözlə baxılacaq və onların bu post üçün səlahiyyətli olub-olmadığını araşdırmaq üçün hər şeyə əvvəldən başlanılacaq. Belə ki, şura, namizədlərin zahiri rəftar və davranışını, onların keçmişdəki fəaliyyəti haqda olan mövcud məlumat və bilgiləri nəzərə alaraq barələrində qərar verəcək”.

 

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri 2017-ci ilin iyun ayında (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN