İran televiziyasında dini ekspert: “Quranın hökmü ilə etirazlarda tutulanlar ictimaiyyətin gözü qarşısında doğram-doğram edilməlidir”

İran televiziyasında dini ekspert: “Quranın hökmü ilə etirazlarda tutulanlar ictimaiyyətin gözü qarşısında doğram-doğram edilməlidir”

GünazTV: Noyabrın 26-da İranın dövlət televiziyasına dəvət edilən dini ekspert Əbülfəzl Bəhrampur, ölkədə baş verən son etirazlarda həbs edilənlərin Quran baxımından hökmündən danışıb.

O bildirib ki, Quran ayələrinin hökmü ilə etirazlarda tutulanlar başqalarına ibrət dərsi olmaq üçün ictimaiyyətin gözü qarşısında doğram-doğram edildikdən sonra dara çəkilməlidirlər və əzab çəkə-çəkə öldürülməlidirlər: “Etirazlarda tutulanlara rəhm etmək olmaz. Onlar ictimaiyyətin gözü qarşısında əvvəlcə tikə-tikə doğranmalıdırlar. Belə ki, əvvəlcə onların sağ əli ilə sol ayağı kəsilməli və ya sağ əlləri ilə sol ayaqlarının bütün barmaqları kəsilməli, sonra isə öz hallarına buraxılmalıdır.

Yaxud həmin şəxslər əl-ayaqları kəsildikdən sonra dara çəkilməli və ya dənizin ortasında sınıq-salxaq bir qayıqda öz hallarına buraxılmalıdırlar ki, ağrı və əzab çəkə-çəkə tədricən ölsünlər. Sabah heç kəs məni bu sözlərimə görə nədəsə günahlandıra bilməz. Çünki bunlar, Quranın Allaha və Allahın rəsuluna qarşı savaşan, yer üzündə fəsad törədən və cəmiyyətdə asayişi pozanlara təyin etdiyi cəza hökmüdür.

Bu şəxslərin həbs edilmələrindən sonra tövbə etməsi qəbul edilmir. Bu isə Quranın nəzəri və hökmüdür. Bir sözlə, etirazlarda həbs edilənlərin hamısı kafir və Allaha qarşı çıxanlardır. Bunda heç bir şübhəniz olmasın. Bunlar dediyim kimi ictimaiyyət qarşısında elə cəzalandırılmalıdırlar ki, növbəti dəfə heç kəs bir də meydanlara çıxıb etiraz bildirməyə cəsarət etməsin” –deyə, İranın dövlət televiziyasına dəvət olunan “islamşünas” və dini ekspert Əbülfəzl Bəhrampur bəyan edib.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN