İran uranı zənginləşdirmə üçün inkişaf etmiş sentrifuqalar istifadə etməyə başlayır

İran uranı zənginləşdirmə üçün inkişaf etmiş sentrifuqalar istifadə etməyə başlayır

GünAz TV: İran Atom Enerjisi Təşkilatının sözcüsü Bəhruz Kamalvendi, paytaxt Tehranda təşkil etdiyi mətbuat konfransında, ölkəsinin nüvə razılaşmasındakı təəhhüdlərini azaltma prosesinin üçüncü mərhələsini başlatdığını deyib.

 

Bəhruz Kamalvendi deyib ki, üçüncü mərhələdə araşdırma və inkişaf etdirmə öhdəliklərini təxirə saldıqlarını və uranı zənginləşdirmə üçün inkişaf etmiş IR4 və IR6 sentrifuqalarına qaz enjekte etməyə başlayıblar:

 

“Araşdırma və inkişaf etdirmə mövzusundakı məhdudlaşdırmaları qaldırmağa başladıq. Bu mərhələdə daha çox inkişaf etmiş sentrifuqalar istifadə edəcəyik. Qarşı tərəfin sözlərini yerinə yetirəcəyi təqdirdə bütün bu addımlardan geriyə çəkiləcəyik. Ehtiyaclarımız istiqamətində araşdırma və inkişaf etdirmə üçün yeni sentrifuqalar inkişaf etdirəcəyik”.

 

Tehranın razılaşmadakı öhdəliklərini azaltma addımlarını şəffaf bir şəkildə davam etdirəcəyini vurğulayan Kamalvendi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) nüvə təsislərindəki yoxlamalarını məhdudlaşdırma qərarı almadıqlarını da ifadə edib.

 

İranın, Amerikanın nüvə razılaşmasından tək tərəfli çəkilməsinin ardından razılaşmadakı tarazlığı təmin etmək üçün öhdəliklərini azaltma qərarı verdiyini xatırladan Kamalvendi, Avropanın nüvə razılaşmasını qurtarmaq üçün çox zamanının qalmadığını da deyib.

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN