İranda bədən orqanların pulsuz verənlərə pulsuz qəbir yeri hədiyyə ediləcək

İranda bədən orqanların pulsuz verənlərə pulsuz qəbir yeri hədiyyə ediləcək

GünAz TV: İran Səhiyyə Nazirliyinin Orqan Köçürülməsi və Xəstəliklərin Müalicəsi şöbəsinin rəhbəri Mehdi Şadnuş bildirib ki, öz orqanların pulsuz verən şəxslərə qəbir yerləri pulsuz veriləcək.

 

O birdirib ki, bunun səbəbi “insanlar arasında ehtiyacı olanlara orqanların pulsuz verilməsi mədəniyyətinin yayılması”dir. Mehdi Şadnuş həmçinin orqan verən şəxsin ailəsindən də bir nəfərə pulsuz qəbir yerinin veriləcəyini deyib.

 

Şadnuşun sözlərinə görə, qəbir yerləri “Beheşti Zəhra” qəbirsanlığının 205-ci sırasında veriləcək. Eləcə də, bu proqramın ölkənin bütün bölgələrində həyata keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, İranda son dövrlər insanların kasıblıq üzündən öz daxili orqanlarından bəzilərini satdıqları ilə bağlı tez-tez xəbərlər yayılır. Görünür ki, ölkə rəhbərliyi insanların ağır vəziyyətdən çıxması üçün onları şəraitini yaxşılaşdırmaq əvəzinə bu cür qərarlar qəbul edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN