İranda daha 143 nəfər koronavirusdan ölüb. İnfeksiyadan ölənlərin sayı 2077 nəfərə yüksəlib (yenilənmiş statistika)

İranda daha 143 nəfər koronavirusdan ölüb. İnfeksiyadan ölənlərin sayı 2077  nəfərə yüksəlib (yenilənmiş statistika)

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 25-də mediaya açıqlamasında ölkədə koronavirusdan ölənlərin və xəstəliyə yoluxanların  yeni statistikasını yayıb.  

 

O bildirib ki, ötən 24 saat ərzində ölkə laboratoriyalarında daha 2206 nəfərin “Covid-19” virusuna yoluxduğu aşkarlanıb: “Təəssüflər olsun ki, dünən günorta saatlarından bu günə qədər ölkənin müxtəlif şəhər və bölgələrində daha 143 nəfər koronavirusdan ölüb. Bununla da indiyə qədər ölkədə “Covid-19” infeksiyasından ölənlərin ümumi sayı 2077 nəfərə, xəstəliyə yoluxanların isə ümumi sayı 27 min 17 nəfərə yüksəlib.

 

 

Həmçinin, xoşbəxtlikdən bu günə qədər koronavirus xəstəliyindən sağalanların da sayı artaraq, 9625 nəfərə çatıb. Sağalan xəstələr artıq müalicə aldıqları tibb mərkəzlərindən tərxis edilərək evə buraxılıblar” -deyə, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bəyan edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə  bu günə qədər koronavirusa yoluxanların sayının 27017 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 2077 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN