İranda daha 3 ərəb fəalı tutulub

İranda daha 3 ərəb fəalı tutulub

GünAzTV: İranda yerli ərəblərin milli-mədəni hüquqları uğrunda dinc fəaliyyət aparan 3 ərəb fəalı tutulub. Hər üç şəxs, ərəb dili və ədəbiyyatı üzrə müəllimdir.

 

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhvaz bölməsinin əməkdaşları yanvarın 16-sı sübh saat 3 radələrində dinc fəallar İsa Dəməni, Mücahid Zərqani və Naci Heydərini şəxsi mənzillərində tutub naməlum istiqamətinə aparıblar. Hər üç müəllimin evində yoxlamalar aparılıb, onlara məxsus bir sıra şəxsi əşyalar götürülüb.

 

Bildirilir ki, hər üçü evli olan müəllimlər, müxtəlif seminarlara qatılaraq ərəb dili və ədəbiyyatı üzrə çıxışlar edir, yerli ərəblərin mədəni hüquqları uğrunda maarifləndirmə işləri aparırdılar. Tutulan fəalların hazırda harada saxlanıldığı və konkret nədə günahlandırıldığı haqda hər hansı bir məlumat yayılmayıb.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN