İranda daha 3 nəfər dara çəkilib

İranda daha 3 nəfər dara çəkilib

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılan daha 3 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan müttəhimlər (33 yaşlı Seyfullah Hüseyniyan və 31 yaşlı Tofiq Bəhram Nejad) yanvarın 14-ü sübh saatlarında İranın Kirmanşah şəhərinin Dizelabad zindanında dara çəkilib.

 

Həmçinin qətldə günahlandırılaraq qisasa məhkum edilən daha bir məhbus, yanvarın 16-sı sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətuinin Qoşaçay (Miyandab) şəhərində ictimaiyyət qarşısında dara çəkilib.

 

Son illər İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti, öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN