İranda Esferayen hüquq-mühafizə qüvvələrinin komandanı Cavid Mehri koronavirusdan ölüb

İranda Esferayen hüquq-mühafizə qüvvələrinin komandanı Cavid Mehri koronavirusdan ölüb

GünazTV: İranın Şimali Xorasan əyalətinin Esferayen şəhərinin hüquq-mühafizə qüvvələrinin komandanı polkovnik Cavid Mehri koronavirusdan ölüb.

 

İran hökumət saytlarının yaydığı xəbərə əsasən, koronavirusa yoluxduğu üçün tənəffüs yollarında yaranmış problemə görə bir neçə gündən bu yana həkimlərin ciddi nəzarəti altında müalicə alan Cavid Mehri, martın 24-də Esferayen xəstəxanasının reanimasiya şöbəsində keçinib.

 

Onun koronavirusa nə vaxt və necə yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 24-də mediaya açıqlamasında ölkədə “Covid-19” infeksiyasına yoluxanların yeni statistikasını yayıb.

 

Cahanpur deyib ki, ötən bir sutka ərzində daha 122 nəfərin koronavirusdan həyatını dəyişməsi ilə, ölkədə “Covid-19” infeksiyasından ölənlərin ümumi sayı 1934 nəfərə, xəstəliyə yoluxanların sayı isə 24811 nəfərə yüksəlib.

 

 

İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN