İranda insanlıq faciəsi: Yəzddə küçə itləri məişət tullantıları yığan işləyən 8 yaşlı uşağı parçalayıb

İranda insanlıq faciəsi: Yəzddə küçə itləri məişət tullantıları yığan işləyən 8 yaşlı uşağı parçalayıb

GünAz TV: İranın Yəza əyalətinin Meybod şəhərində küçə itləri zibil tullantılarını yığmaqla ailəsini dolandıran uşağı parçalayıb.

 

İranın "İlna" xəbər agentliyinin məlumatına əsasən, 8 yaşlı həmin uşaq 11 yaşlı qardaşı ilə məişət tullantılarının atıldığı yerdə zibilləri toplamaqla məşğul olarkən qəfildən bir neçə küçə itinin hücumuna məruz qalıb.

 

Böyük qardaş qaçaraq canını qurtara bilsə də, kiçik qardaşı itlər parçalayaraq öldürüb. Əslən Zahidandan olan uşaqlar Meybodda məskunlaşıbmışlar.

 

Meybod Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Əlirza Fəthi də hadisəni təsdiqləyib. O bildirib ki, məişət tullantıları yığan kimi çalışan 2 uşaq axşam saatlarında vəhşi küçə itlərinin hücumuna məruz qalıb.

 

Qeyd etmək lazımdır ki, İranda tez-tez bu cür hadisələr baş verir. Ağır iqtisadi vəziyyət səbəbindən işləməyə məcbur qalan azyaşlı uşaqlar ya soyuq qış günlərində küçələrdə donurlar, ya da bu formada vəhşi itlərin hücumuna məruz qalaraq faciəvi şəkildə ölürlər. Ötən il də Meybodda küçə itləri 7 yaşlı işləyəməyə məcbur olan uşağı parçalamışdı.

 

Digər tərəfdən, insanların bu cür acınacaqlı vəziyyətdə yaşamasına baxmayaraq, başda “dini lider” Əli Xamneyi olmaqla, İran rejiminin məsulları ölkəni çapıb-talamaq yolu ilə böyük sərvətlərə malikdirlər. Öz vətəndaşları küçələrdə yatan İran rejimi ölkənin gəlirlərinin böyük hissəsini terror təşkilatları və yaraqlı qruplaşmalara, eləcə də Livan, İran, Suriya və Fələstində tikinti işlərinə xərcləməkdədir.

 

Xüsusilə, İran Hizbullah və İsrail arasında 2006-cı ildə baş verən və tarixə 33 günlük müharibə kimi düşən hərbi qarşıdurmadan sonra Livanın dağılmış infrastrukturunu milyardlarla dollar xərcləyərək bərpa etmişdi. Burada evləri dağılan əhaliyə də İran evlər tikərək pulsuz paylamışdı.

 

Fələstində də İran binalar tikərək, yaraqlılara və onların yaxınlarına pulsuz paylayır. İraqda isə İran dini məbədlərin bərpa işlərinə ötən illər ərzində milyardlarla dollar vəsait xərcləyib. Hazırda isə iranlı rəsmilər Suriyanın müharibə nəticəsində dağılmış bütün infrastrukturlarını bərpa edəcəklərini bəyan edirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN