İranda koronavirusun episentri olan Qumdan Novruz bayramı tətillərində 200 min nəfər digər bölgələrə səfər edib

İranda koronavirusun episentri olan Qumdan Novruz bayramı tətillərində 200 min nəfər digər bölgələrə səfər edib

GünAz TV: İranda koronavirusun episentri olan Qum əyalətindən 200 min nəfər Novruz tətillərini digər bölgələrdə keçirmək üçün səyahətə gedib.

 

Bu barədə məlumat yayan Qum Tibb Elmləri İnstitutunun rəhbəri Məhəmmədrza Qədir bildirib ki, bu şəxslər qayıtdıqdan sonra bir müddət karantinə alınmalı, eləcə də yaxınları və qohumları onlarla təmasdan çəkinməlidirlər.

 

Onun sözlərinə görə, hazırda Qumda 475 nəfər kəskin nəfəs çatışmazlığı və koronavirus əlamətləri ilə xəstəxanalarda yatır.

 

Qeyd etmək lazımdır ki, İranda koronavirus ilkin olaraq Qumdan yayılmağa başlayıb. Hazırda da əyalət ərazisində vəziyyətin kəskin olduğu barədə məlumatlar var.

 

İran rəsmiləri Tehran və Qum əyalətlərində sözügedən xəstəlikdən ölənlər və ya ona yoluxanlarla bağlı statistikanı açıqlamırlar. Bu isə həmin bölgələrdə sayın həddən artıq çox olduğuna dəlalət edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN