İranda məcburi hicaba etiraz bildirən qadın hüquq müdafiəçisi 24 il həbsə məhkum edilib

İranda məcburi hicaba etiraz bildirən qadın hüquq müdafiəçisi 24 il həbsə məhkum edilib

GünazTV: İran İslam Respublikasında molla hakimiyyətinin məcburi hicab siyasətinə dinc etiraz bildirdiyinə görə üç ay əvvəl həbs edilən qadın hüquq müdafiəçisi Səba Kürd Əfşari 24 il həbsə məhkum edilib.

 

Bu barədə, qadın hüquq müdafiəçisinin vəkili Hüseyn Tac avqustun 27-də “Twitter” səhifəsində paylaşdığı yazıda xəbər verib.

 

Vəkil bildirib ki, Tehran inqilab məhkəməsi onun müvəkkili xanım Səba Kürd Əfşarı ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, sistemə qarşı təbliğat aparmaqda və qadınları baş örtüklərini açmağa çağırmaqla onları fahişəliyə təşviq etməkdə günahlandıraraq 24 il həbsə məhkum edib.

 

Müvəkkilinə qarşı çıxarılan ağır həbs cəzası ilə Apellyasiya Məhkəməsinə müraciət edəcəyini bildirən vəkil bildirib ki, əgər ilkin məhkəmənin qərarı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılan qərar təsdiq edilərsə, xanım Səba Kürd Əfşari ona çıxarılan həbs müddətinin ən azı 15 ilini çəkməli olacaq.

 

 

Xatırladaq ki, İran rejiminin qadınlara zorla qəbul etdirdiyi məcburi hicab siyasətinə etiraz bildirən qadın hüquq müdafiəçisi Səba Kürd Əfşari bu ilin may ayında (11 xordadda) mülki geyimli ETTELAAT əməkdaşları tərəfindən həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN