İranda repressiyalar davam edir- Xuzistanda 79 nəfər saxlanılıb

İranda repressiyalar davam edir- Xuzistanda 79 nəfər saxlanılıb

GünAz TV: İranda benzinin bahalaşmasına qarşı keçirilmiş xalq etirazlarından sonra rejimin başlatdığı repressiyalar davam edir.

 

Ötən gün ETTELAAT Nazirliyinin Anti-Terror Mərkəzi etirazlarla əlaqəli 79 nəfərin saxlandığı barədə məlumat yayıb. Nazirlik həmin ərəb vətəndaşları “dövlət və şəxsi mülklər, eləcə də hərbi hissələr və polis bölmələrinə hücum”da günahlandırır.

 

ETTELAAT həbs edilənlərdən bir neçəsinin “körfəz ətrafı ölkələrdən biri tərəfindən məxfi əməkdaşlığa cəlb edildiyi və həmin ölkənin ərazisində hərbi təlimlər keçdiyi”ni iddi edib.

 

Bundan başqa, Xuzistanın Əndimeşk şəhərinin polis idarəsi də etirazlarda iştirak etmiş 2 şəxsin saxlandığı barədə məlumat yayıb.

 

Qeyd etmək lazımdır ki, İranın demək olar ki, hər bir nöqtəsində noyabrın 15-dən etibarən benzinin bahalaşmasına qarşı etiraz aksiyaları başlamış, təqribən 5 gün davam etmişdi. Rejimin təhlükəsizlik qüvvələri ölkəni qan gölünə çevirməklə, etirazları ram edə bilib. “Amnesty İnternational” ən son yaydığı hesabatda nümayişlər zamanı azı 208 dinc vətəndaşın təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünün öz təsdiqini tapdığını, lakin əsl rəqəmin bundan da çox olduğunu bəyan edib.

 

Digər tərəfdən, etirazlar zamanı ən çox insan ərəblərə məxsus Xuzistan bölgəsində ölüb. Ötən günlər ərzində “Sepah” terror təşkilatı, ETTELAAT və polis qüvvələrinin Xuzistanın Mahşəhr şəhərinin qamışlıq bölgələrində etirazçıları pulemyotlarla atəşə tutaraq qətliam etdikləri barədə məlumat və görüntülər yayılıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN