İranda sərnişin qatarlarının toqquşması nəticəsində 15 nəfər ölüb, çox sayda yaralı var - VİDEO

İranda sərnişin qatarlarının toqquşması nəticəsində 15 nəfər ölüb, çox sayda yaralı var - VİDEO

GünAz TV: Noyabrın 25-i yerli vaxtla saat 7:40-da İranın Simnan əyalətinin Şahrud şəhərində iki sərnişin qatarı toqquşub.

 

Hadisə nəticəsində ən azı 15 nəfərin öldüyü və təxminən 100 nəfərin yaralandığı barədə məlumat yayılıb.

 

Təbriz–Məşhəd və Simnan-Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 2 vaqonda isə yanğın baş verib. Yolların buz bağlaması yanğınsöndürənlər və xilasedicilərin hadisə yerinə vaxtında çatmasında əngəllər yaradıb. Yaralıların bəziləri helikopterlərlə xəstəxanalara çatdırılıb.

 

İranın Qırmızı Aypara Cəmiyyətinin baş katibi Əli Əsgər Əhmədi hadisə zamanı 15 nəfərin həlak olduğu və 62 nəfərin yaralandığını bildirsə də, kütləvi informasiya vasitələri təxminən 100 nəfərin yaralandığını yazıb.

 

VİDEO:

https://www.youtube.com/watch?v=8Vlf8H1fjY0

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN