İranda tanınmış vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə tutulub

İranda tanınmış vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə tutulub

 GünAzTV: İranda məşhur vəkil və qadın hüquq müdafiəçisi Nəsrin Sütudə həbs edilib. Bu barədə vəklin həyat yoldaşı Rza Xəndan iyunun 13-də şəxsi “Facebook” səhifəsində məlumat yayıb.

 

Məlumatda bildirilir ki, həmin gün İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları evlərinə gələrək, xanımı Nəsrin Sütudəni tutub Tehranın evin zindanına aparıblar. Rza Xəndan xanımının konkret nədə günahlandırıldığı barədə hər hansı bir məlumat yaymayıb.

 

Qeyd edək ki, bu günə qədər İranda bir çox siyasi məhbusların vəkilliyini qəbul etmiş Nəsrin Sütudə, son aylar ölkədə hakimiyyətin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq küçədə baş örtüklərini açdıqlarına görə həbs edilən qadınların müdafiəsinə qalxmış, onlardan bəzilərinin vəkilliyini qəbul etmişdi.

 

Nəsrin Sütudə, bundan əvvəl insan hüquqlarının, o cümlədən də qadın haqlarının təmin olunması uğrunda apardığı dinc fəaliyyətinə görə, dəfələrlə İran təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalmış, 3 ildən çox həbsdə saxlanılıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN