İranın Darxovin şəhərinin yerli “Bəsic” komandanı silahlı hücumda öldürülüb

İranın Darxovin şəhərinin yerli “Bəsic” komandanı silahlı hücumda öldürülüb

GünazTV: İranın Xuzistan əyalətinin Darxovin şəhərinin yerli “Bəsic” qüvvələrinin komandanı Əbdülhüseyn Məcdəmi naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq öldürülüb.

 

Hadisə, yanvarın 22-si (bu gün) səhər saatlarında baş verib. Naməlum maskalı şəxslər “Bəsic” komandanının mənzilinə hücum edərək ona odlu silahdan atəş açıblar. Atəş nəticəsində bir neçə güllə yarası alan Əbdülhüseyn Məcdəmi yerindəcə keçinib. Hücumçular hadisə yeridən qaça biliblər.

 

Yerli rəsmilər hələ ki, baş vermiş hücuma hər hansı bir münasibət bildirməyiblər.

 

“Bəsic” komandanının öldürülməsinin iki ay əvvəl benzinin qiymətinin artırılmasından sonra əyalətdə baş vermiş kütləvi etirazların vəhşicəsinə yatırılması və yüzlərlə etirazçının “Sepah” və “Bəsic” qüvvələrinin əli ilə qətliam edilməsi ilə əlaqədar olub-olmaması hələlik məlum deyil.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN