İranın Fars vilayətində məhkum polisin işgəncəsi nəticəsində ölüb

İranın Fars vilayətində məhkum polisin işgəncəsi nəticəsində ölüb

GünAz TV: İranın Fars vilayətinin Polis İdarəsinin Cinayət Axtarışı Bölümündə bir neçə gün əvvəl şübhəli şəxsin dindirilən zaman ağır fiziki işgəncələrə məruz qaldığı barədə məlumatlar yayılıb.

 

İdarədə ifadə alınan zaman polis şübhəli şəxs qismində saxlanılmış Cavad Xosroviyan adlı vilayət sakinini ölümcül döyüb. Lakin həmin şəxs bununla da özünə qarşı irəli sürülmüş ittihamları qəbul etməyib. Daha sonra müvəqqəti saxlanma təcridxanasına köçürülən şübhəli orada məruz qaldığı işgəncələr zamanı ölüb.

 

Xosroviyan ailəsi və dostları da baş verən hadisəni təsdiqləyiblər və bildiriblər ki, polislər törətmədiyi cinayəti zorla onun boynuya qoymağa çalışıblar. Xosroviyan bütün ittihamları rədd etdiyindən, ağır fiziki işgəncələrə məruz qalıb və nəticədə, elə ifadə alınan zaman ölüb.

 

Hadisə ilə bağlı məlumatlar yayılandan sonra yerli sakinlərdən bir qrupu etiraz aksiyası keçirmişdilər.

 

Bu gün Fars Vilayətinin Ədliyyə İdarəsinin rəhbəri Kazım Musəvi hadisə ilə bağlı cinayət işinin açıldığını deyib.

 

Qeyd etmək lazımdır ki, İranda tez-tez məhbusların işgəncə altında öldüyü barədə məlumatlar yayılır. Bu günə qədər yüzlərlə məhkum həbsxana və ya təcridxanalarda polis tərəfindən öldürülüb. Lakin təşkil edilmiş cinayət işlərinə ədalətli baxılmayıb və məhbusları işgəncə nəticəsində öldürən polislərə qarşı lazımi cəzalar tətbiq edilməyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN