İranın Kazerun şəhərində polisin dinc etirazçılara odlu silahdan açdığı atəş nəticəsində 3 nəfər ölüb, onlarla nəfər yaralanıb – FOTOLAR və VİDEOLAR

İranın Kazerun şəhərində polisin dinc etirazçılara odlu silahdan açdığı atəş nəticəsində 3 nəfər ölüb, onlarla nəfər yaralanıb – FOTOLAR və VİDEOLAR

GünAzTV: İranın Fars əyalətinin Kazerun şəhərində, rejimin əyalətdə yeni ərazi bölgüsü siyasətinə qarşı keçirilən dinc etirazlar, hüquq-mühafizə qüvvələrinin və mülki geyimli təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində qana boyanıb.

 

Mayın 16-sı axşam saatlarından başlanan və gecə saatlarına qədər davam edən dinc etirazlara on minlərlə insan qatılıb. Etirazçıların şəhərin İnqilab və Həmidi küçələrində sivil şəkildə keçirdiyi yürüş polis və təhlükəsizlik qüvvələrinin vəhşicəsinə hücuma məruz qalmasından sonra, aksiyaçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb. Nəticədə, polis qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində ən azı 3 etirazçı yerindəcə həlak olub, onlarla insan yaralanıb, 100-dən çox aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb.

 

Hökumət qüvvələrinin zorakılığını görən etirazçılar qəzəblənərək “Əziz şəhid qardaşım, sənin haqqını zalımdan alacağıq”, “Bu gecə aşuradır, Kazerunda qiyamətdir”, “Kazerunlu ölər, lakin zillətə dözməz”, “Ey qeyrətli kazerunlu bizə dəstək ver və sıramıza qoşul”, “Qəzzə zolağına dəstək verillir, Kazeruna isə xəyanət edilir”, “Bişərəf, bişərəf” və “Hüquq-mühafizə qüvvələri, öz hörmətini saxla” şüarları səsləndirən etirazçılar, bir polis məntəqəsini və bir polis avtomobilini yandırıblar.

 

Hazırda Kazerunda vəziyyətin çox gərgin olduğu, şəhərin əsas küçə və meydanlarının polis nəzarətinə götürüldüyü və ətraf şəhərlərdən Kazeruna əlavə polis qüvvələrinin gətirildiyi bildirilir.  

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN