İranın Kirman şəhərində daha 1 məhkum edam edilib

İranın Kirman şəhərində daha 1 məhkum edam edilib

GünazTV: İranda qətldə günahlandırılaraq barəsində ölüm hökmü çıxarılmış daha 1 məhkum edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, meşəbəyi işləyən Əfzəli soyadlı məhkum, səkkiz il əvvəl iş rejimindən kənar baş vermiş davada bir ovçunu odlu silahla qətlə yetirməkdə təqsirli bilinib. Məhkum, noyabrın 28-i sübh saatlarında Kirman zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN