İranın Şiraz və Bəndər Abbas şəhərlərində daha 3 məhkum edam edilib

İranın Şiraz və Bəndər Abbas şəhərlərində daha 3 məhkum edam edilib

GünazTV: İranda qətldə günahlandırılaraq barələrində ölüm hökmü çıxarılan daha 3 məhkum edam edilib. Edamlar İranda baş verən kütləvi etirazlar zamanı həyata keçirilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl naməlum səbəbə görə qətl törədən məkumlardan biri, 31 yaşlı İbrahim Yarhüseyni noyabrın 17-si sübh saatlarında Şirazın Adilabad zindanında dara çəkilib.

 

Eyni ittihamla 2 məhkum da (Casim Heydəri və Cəmşid Torkaşvənd) noyabrın 12-də Bəndər Abbasın mərkəzi həbsxanasında dar ağacından asılıblar. Edam edilən məhkumların məhkəmə prosesləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN