İranlı axund: “Hər kəs üç həftə cümə namazına getməsə, evini başına yıxmaq lazımdır”

İranlı axund: “Hər kəs üç həftə cümə namazına getməsə, evini başına yıxmaq lazımdır”

 GünAzTV: İsfahanın cümə namazının rəhbəri (imam cüməsi) və İranın dini liderinin bu şəhərdəki nümayəndəsi axund Seyid Yusif Təbatəbayi Nejad, iyunun 12-də Ərdistanın cümə namazı qərargahının iclasında çıxış edərək cümə namazına qatılmağın əhəmiyyətindən danışıb.

 

Öz çıxışında ölkə əhalisinin əvvəlki illərlə müqayisədə cümə namazlarından imtina etməsindən və onların dinə olan etiqadının gündən-günə zəifləməsindən gileylənən axund deyib ki, hazırda ölkənin irili-xırdalı 900 şəhər və qəsəbəsində hər həftə cümə namazları qılınır: “Həftə günləri arasında “cümə” gününün əhəmiyyəti böyükdür. Bir rəvayətə görə, cümə günü Ramazan və Qurban bayramlarından da üstündür.

 

Cümə namazına qatılmaq, mədəni, ictimai və siyasi bir iş və vəzifədir. Bu isə hər yerdə və hər məkanda təbliğ olunmalıdır. Dini rəvayətlərin birinə əsasən, əgər hər kəs üç həftə cümə namazına getməsə, onun evini başına yıxıb uçurmaq lazımdır. Bu isə, cümə namazının nə qədər önəmli olduğunu göstərir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN