İranlı nazir: “Səudiyyə hökmranları hərbi cinayətkarlar kimi mühakimə olunmalı, cəzalandırmalıdır”

İranlı nazir: “Səudiyyə hökmranları hərbi cinayətkarlar kimi mühakimə olunmalı, cəzalandırmalıdır”

GünAzTV: İranın müdafiə naziri Hüseyn Dehqan oktyabrın 9-da jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməndə keçirilən bir yas mərasiminə hava hücumundan danışıb.

 

Oktyabrın 8-də koalisiya qüvvələrinin Yəmənin paytaxtı Sənada “husi” şiələrinin qatıldığı bir yas mərasiminə hava hücumunda 140 adam ölüb, 500 nəfərdən çox insan yaralanıb.

 

Səudiyyə rəsmilərini “müharibə cinayətkarları” adlandıran Hüseyn Dehqan bildirib ki, dünya dövlətləri və xalqları Səudiyyə Ərəbistanının bu əməli qarşısında susmamalı, baş verən olaya reaksiya verməlidir: “Al-i Səudun məğrur və təcavüzkar rejimi, məzlum və müdafiəsiz Yəmən xalqına qarşı davam etdirdiyi vəhşiliyinin ardınca bağışlanmaz bir cinayət törədib. Səudiyyə rejiminin bu əməli dünya dövlətləri və xalqları tərəfindən cavabsız qalmamalıdır. Çünki bu vəhşiliyin qarşısında susan hər kəs, Al-i Səud rejiminin törətdiyi bu cinayətində onun şəriki sayılır. Hesab edirik ki, Səudiyyə hökmranları hərbi cinayətkarlar kimi mühakimə olunmalı, cəzalandırmalıdır”.

 

Koalisiya rəhbərliyi isə baş verən olaydan təəssüfləndiyini bildirərək , məsələni araşdıracaqlarını bildiriblər.

A.M

Açar Sözlər

Dünya və İran

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN