İraqda iranlı zəvvarlara qarşı terror - 80 ölü

İraqda iranlı zəvvarlara qarşı terror - 80 ölü

GünAz TV: İraq paytaxtı Bağdadın 120 kilometrliyində bomba quraşdırılmış avtomobillə partlayış törədilib. Partlayışın yanacaqdoldurma məntəqəsində intiharçı tərəfindən törədildiyi bildirilir.

 

Yayılan məlumata görə, İrandan Kərbəlaya gedən iranlı zəvvarlar adətən bu məntəqənin yaxınlığındakı restoranda dayanırlar. Partlayış vaxtı yanacaqdoldurma məntəqəsində zəvvarlarla dolu bir neçə avtobus olub.

 

Ölənlərin böyük əksəriyytinin  iranlı zəvvarlar olduğu deyilir.

 

Artıq artlayışa görə cavabdehliyi İŞİD terror qruplaşması üzərinə götürüb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN