İsrail Suriyada İran və “Hizbullah”ın hərbi mövqelərinə yenidən raket zərbələri endirib

İsrail Suriyada İran və “Hizbullah”ın hərbi mövqelərinə yenidən raket zərbələri endirib

GünAzTV: Yanvarın 11-i axşam saatlarında İsrail Suriyada İran və “Hizbullah” terror qruplaşmasının hərbi mövqelərinə yenidən raket zərbələri endirib. Bu barədə, Suriya İnsan Hüquqlarına Nəzarət Şurasının sözçüsü jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, İsrailin hava hücumları Dəməşq beynəlxalq hava limanının yaxınlığında və digər məntəqələrdə həyata keçirilib.  Hava hücumlarında İsrailin ən azı 2 raketi İran və “Hizbullah” qüvvələrinin “Əl-Kusuh” və Dəməşqin cənubunda yerləşən silah anbarlarını məhv edib. Raket zərbələrində İran və “Hizbullah” qüvvələrinin mümkün itkiləri hələlik bilinmir”.

 

Qeyd edək ki, son aylar İsrail qırıcıları, “Sepah”ın Dəməşq və Suriyanın digər bölgələrindəki hərbi mövqelərini və onların silah anbarlarını onlarca dəfə bombardman edib. Hava hücumları nəticəsində onlarla “Sepah” muzdlusu məhv edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN