İsrail Türkiyədən kömək istəyəcək

İsrail Türkiyədən kömək istəyəcək

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahunun, ölkədə baş verən yanğınları söndürmək üçün Türkiyə, Yunanıstan, Cənubi Kipr (Qıbrıs) və İtaliyadan kömək tələb edəcəyi bildirilib.

 

İsrail radiosunun verdiyi xəbərdə Netanyahunun, dünəndən bu yana ölkənin fərqli nöqtələrində baş verən yanğınları söndürmək üçün Türkiyə, Yunanıstan, Cənubi Kipr və İtaliyadan yanğını söndürmək üçün helikopter tələb edəcəyi ifadə edilib. Lakin bu tələbi nə vaxt edəcəyi ilə əlaqədar məlumat verilməyib. Netanyahunun bu qərarı yanğınların baş verməsindən dərhal sonra daxili təhlükəsizlik naziri Gilad Erdan ilə görüşündən sonra verdiyi ifadə edilib.

 

İsraildə dünəndən bu yana Qüds də daxil olmaqla 13 nöqtədə baş verən yanğınlar küləyin təsiriylə daha geniş ərazilərə yayılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN