Kolumbiya Dairəsi qondarma “erməni soyqırımı”nı tanıdı

Kolumbiya Dairəsi qondarma “erməni soyqırımı”nı tanıdı

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kolumbiya Dairə Şurası qondarma “erməni soyqırımı”nı təsdiqləyən qətnamə qəbul edib.

 

 Bu barədə Amerika Erməni Məclisinin saytı məlumat yayıb.

Qətnamədə deyilir ki, Kolumbiya Dairəsi qondarma “erməni soyqırımı”nın 104-cü ildönümünü tanıyır və həmin hadisələrin mahiyyətini anlayır. Eyni zamanda, ərazidəki əhalinin bu barədə məlumatlandırılmasının vacibliyi vurğulanıb.

 

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilmiş qətnamə Senatda müzakirə olunmalı idi. Lakin respublikaçı senator Lindsi Qrem sənədi blokladığından onu qəbul etmək mümkün olmayıb. azvision.az

Senator noyabrın 13-də Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra qətnaməni bloklamaq hüququndan istifadə edib. azvision.az

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN