MAQATE İranın angetliyin qadın müfəttişi ilə bağlı iddialarını rədd edib

MAQATE İranın angetliyin qadın müfəttişi ilə bağlı iddialarını rədd edib

GünAz TV: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Qubernatorlar Şurasının dünən Vyanada keçirilmiş iclasının yekunlarına dair yayılmış bəyanatda İranın qurumun qadın müfəttişinə qarşı davranışı qəbul edilməz adlandırılıb.

 

Agentlik rəsmi Tehranın müfəttişlə bağlı irəli sürdüyü bütün iddia və ittihamları rədd edib. Bəyanatda qeyd edilir ki, MAQATE ötən həftə rəsmi Tehrandan sözügedən əməkdaşının çıxamasına icazə verməsini istəsə də, İran əksinə olaraq onun çıxışına müvəqqəti qadağa qoyub.

 

Qurumun müvəqqəti baş katibi Kornel Fruta isə məsələ ilə bağlı bildirib ki, bu, öz missiyası və vəzifəsini icra edən şəxsə qarşı baş verməməsi lazım olan hadisə idi. Rəsmi həmçinin İranla mövzunun araşdırılması istiqamətində müzakirələrə davam edəcəyini qeyd edib.

 

Xatırladaq ki, noyabrın 6-da İran MAQATE-nin qadın müfəttişinin “üzərində şübhəli əşya olduğuna görə” Nətənz Atom Elektrik Stansiyasına buraxılmadığı, buna görə də, onun öz missiyasını yarımçıq qoyaraq, Vyanaya qayıtdığı barədə məlumat yaymışdı.

 

İranın beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Kazım Qəribabadi isə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada ölkəsinin “təhlükəsizlik narahatlığı” olduğu üçün müfəttişi Nətənzdən uzaqlaşdırıb. O, hadisəni İran üçün “həyəcan təbili” adlandırıb və bu səbəbdən ölkəsinin MAQATE-nin müfəttişinin toxunulmazlıq hüququnu pozmadığını iddia edib.

 

Görüş zamanı çıxış edən Amerika Birləşmiş Ştatlarının qurumdakı daimi nümayəndəsi Ceki Valkot üzv ölkələri İrana beynəlxalq qanunlara zidd davranışlarının qəbul edilməz və dözülməz olduğu, eləcə də bunun ağır nəticələrə səbəb olacağı barədə açıq xəbərdarlıq etməyə çağırıb. 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN