MAQATE İranın nüvə proqramı ilə bağlı toplantı keçirəcək

MAQATE İranın nüvə proqramı ilə bağlı toplantı keçirəcək

GünAz TV: Bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik- MAQATE-nin Qubernatorlar Şurasında İranın nüvə proqramına dair görüş keçiriləcək.

 

Qurumun açıqlamasında toplantının əsas mövzusunun İranın nüvə təsisatlarında gördüyü təhlükəsizlik tədbirləri ilə, beynəlxalq müfəttişlərin fəaliyyətlərinə yaratdığı maneələrlə əlaqədar agentliyin məruzəçinin hazırladığı hesabata həsr olunacağı deyilir.

 

Bəzi media orqanları toplantının İranın Fordo Nüvə Kompleksində atdığı son addımlara görə təşkil edildiyini bildirsələr də, “Wall Street” jurnalının jurnalistdi Lavrens Norman görüşün Turquzabad anbarında tapılmış uran izlərini müzakirə edəcəyini deyib.

 

MAQATE bir müddət öncə rəsmi Tehrandan Turquzabadda tapılmış uran izi ilə bağlı təcili izahat tələb etmişdi. Turquzabad İsrailin Baş naziri Benyamin Netanyahunun ötən il beynəlxalq ictimaiyyətə İranın gizli nüvə anbarı kimi təqdim etdiyi yerdir.

 

Digər tərəfdən, qurumla İran arasında qeyri-müəyyən məsələlərə görə ziddiyyətlərin olduğu nəzərə çarpır. Belə ki, ötən gün İranın Atom Enerjisi Təşkilatı ölkənin MAQATE-də fəaliyyət göstərən daimi nümayəndəsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qadın müfəttişlərindən birinin Nətənz zavoduna girişinin qarşısının alınması üçün Qubernatorlar Şurasına müraciət edəcəyini bəyan etmişdi. Təşkilat bunun səbəbləri ilə bağlı detallara toxunmamışdı.

 

Xatırladaq ki, ötən gün İran təhlükəsizlik qüvvələri MAQATE-nin müfəttişlərindən birini qısa müddətli saxlamışdı və hazırladığı sənədləri əlindən aldıqdan sonra sərbəst buraxmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN