Məsud Pezeşkiyan: “Görəsən biz nə qələt eləmişik ki, bu gün tələbələr bizi görən kimi fitə basırlar”

2017-03-02 14:38

GünAzTV: İran parlamentinin deputatı, “Türkdilli Bölgələr Fraksiyası”nın rəisi Məsud Pezeşkiyan martın 1-də Şiraz Universitetinin tələbələri ilə görüşdə ölkədə baş alıb gedən qanun pozuntularından, tələbələrə qarşı təzyiqlərdən, məmur özbaşınalığından və cəmiyyətdə geniş yayılan fəsaddan danışıb.  

 

Ölkədə müəyyən mərkəzlər və ya şəxslər tərəfindən dəstəklənən bir qrup mülki geyimli şəxsin heç kəsə cavabdeh olmadan qanuni toplantılara müdaxiləsinə və ya kimlərinsə çıxışına mane olmasına toxunan təbrizli deputat bildirib ki, bu kimi rəftarlar tələbələrin hakimiyyətdən narazılığına gətirib çıxarır: “Ölkə problemlərini onun-bunun boynuna atmaq düzgün deyil. Bu gün, ölkədə və cəmiyyətimizdə yaşanan çətinliklərin səbəbkarı başqaları yox, biz özümüzük. İş o yerə çatıb ki, artıq sərbəst şəkildə universitetə gedib tələbələrlə üz-üzə oturub onlarla danışa da bilmirik. Görəsən biz nə qələt eləmişik ki, bu gün tələbələr bizi görən kimi fitə basırlar. Görəsən biz insanlarla necə davranmışıq ki, iş bu yerə gəlib çatıb. Aydın məsələdir ki, problem bizim özümüzdəndir. Yoxsa, tələbə dəli deyil ki, bilərəkdən rəsmilərlə bu cür rəftar etsin.

 

Öz tərəf-müqabilinə danışmağa və öz fikrini bildirməyə icazə verməyən şəxslər, cəhalət və nadanlıq ucbatından bunu edirlər. Əgər kimsə haqq və ədalətdən dəm vurursa, qarşısında duran insana da icazə verməlidir ki, o da öz sözünü deyə bilsin. Lakin bu haqqı başqalarına tanımayanlar necə iddia edə bilərlər ki, cəmiyyəti və insanları hidayət etmək istəyirlər”.

 

Pezeşkiyan, tələbələrdən birinin ölkədə yaşanan və gündən-günə geniş vüsət alan iqtisadi fəsadın səbəbləri ilə bağlı verdiyi sualı da cavablandırıb: “Əhmədinejad dövründə neft satışından əldə edilən 800 milyard dolların başına nə gəldiyi və nəyə xərcləndiyi bəlli deyil. Bəli təqsirkar biz özümüzük. Biz, hakimiyyətin zəif siyasətinə görə  belə problemlərlə üz-üzə qalmışıq. Bunu isə Amerikanın və ya başqa bir ölkənin boynuna atmamalıyıq. Görəsən ölkədə bu qədər iri miqyaslı oğurluqlar baş verəndə biz hardaydıq. Olmaya yatmışdıq. Bəs fəsadlar baş verəndə Məhkəmə Sistemi hara baxırdı. Bəli bu gün ölkədə mövcud olan bu problemləri Amerika yox, özümüz yaratmışıq, özümüz də onu həll etməliyik”.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.06.2020: “Etirazlar Corona virusuna tutulanların sayını artırır”

2020-06-06

gun az article

Zərif sabiq amerikalı diplomatla görüşüb

2020-06-06

gun az article

Amerika İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsini Rusiyaya təqdim edib

2020-06-06

gun az article

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib

2020-06-06

gun az article

Rəsmi Paris İrandan Fəriba Adilxahı azad etməyi tələb edib

2020-06-06

gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04