Mevlut Çavuşoğlu: Suriya ilə bağlı müzakirələrə Amerika da dəvət ediləcək

Mevlut Çavuşoğlu: Suriya ilə bağlı müzakirələrə Amerika da dəvət ediləcək

GünAz TV: Türkiyənin xarici işlər naziri cari ayın sonunda Suriya ilə bağlı Qazaxıstan müzakirələrinə Türkiyə və Rusiyanın Amerika Birləşmiş Ştatları (ABŞ)  nümayəndələrinin də dəvət ediləcəyini bəyan edib.

 

Mevlut Çavuşoğlu daha əvvəl Amerikanın sülh danışıqlarında iştirak etməsi tərəfdarı olduğunu bildirmişdi. Lakin Rusiya hələ ki, bununla bağlı mövqeyini açıqlamayıb.

 

Çavuşoğlu türkiyənin danışılarda terroçu qrup elan etdiyi Suriya kürdlərinin yaraqlı qrupunun (YPG) iştirakına etiraz etdiyini deyib.

 

Ağ Evin növbəti mətbuat katibi Şan Spayser də Rusiyanın Tramp administrasyasına danışıqlara dəvət etdiyini təsdiqləyib.

 

Spayserin bildirdiyinə görə, dəvət Trampın müşaviri Matkl Flinnin Rusiya səfiri Sergey Kislyakla telefon danışıları zamanı edilib.

 

Telefon söhbəti Obama administrasiyasının Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə görə yeni sanksiyalarla üzləşəcəyini elan etdiyi gün baş tutub.

 

Sülh danışıları barədə razılıq ABŞ-ın iştirakı olmadan Türkiyə və Rusiyanın vasitəçiliyi ilə əldə edilib. (Amerikanın səsi)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN