Michelle Bachelet: “İran rejiminin son etirazlarda öldürülənlərlə bağlı şəffaf əməl etməməsi nigaranlığa səbəb olub”

2019-12-07 13:09

GünazTV: BMT-nin insan hüquqları üzrə ali komissarı Michelle Bachelet dekabrın 6-da bəyanat yayaraq, İran rejiminin ölkədə baş verən son etirazlarda dinc etirazçılara qarşı həyata keçirdiyi qanlı repressiyaların miqyasının öyrənilməsi üçün müstəqil və tərəfsiz bir araşdırmanın aparılmasını tələb edib.

 

O deyib ki, İran rejiminin etirazlarda öldürülənlərlə bağlı şəffaf əməl etməməsi beynəlxalq ictimaiyyətin ciddi nigaranlığına səbəb olub: “İrandakı etirazlarda qətlə yetirilənlərin sayı barədə rəsmi açıqlama verilməməsi, şəffaflığın təmin edilməməsi, eləcə də etirazlardan sonra kütləvi həbslərin davam etdirilməsi və tutulanlarla kobud davranılması bizi ciddi nigaran edib.

 

Bundan başqa, etirazlarla əlaqədar həbs edilənlərin saxlanma şəraiti və onların ağır ittihamlarla işgəncəyə məruz qoyulması və ya edama məhkum edilməsi ehtimalı dünya ictimaiyyətinin nigaranlığına səbəb olan digər amillərdir. İranda internetin yenidən bərpa olunmasından sonra hökumət qüvvələrinin etirazçılara qarşı zorakılığı ilə bağlı yayılan şəkillər və videolar əzabvericidir. Mən isə İran rəsmilərindən əsassız ittihamlarla özbaşına olaraq həbs edilənlərin dərhal azadlığa buraxılmasını və tutulanlarla ədalətli davranılmasını tələb edirəm.

 

Bizdə olan məlumatlara əsasən, rejim qüvvələri şəhərlərdən birində ədliyyə binasının damından, digər bir şəhərdə isə helikopterdən etirazçılara atəş açıblar. Həmçinin İranın təhlükəsizlik qüvvələri etirazlarda polis əlindən qaçan dinc etirazçıları arxadan hədəfə alıb, ya da onların başına və üzünə atəş açıblar. Bu isə onu göstərir ki, rejim qüvvələri etirazçıları öldürmək məqsədilə atəş açıblar. Bu isə beynəlxalq insan hüquqları normalarına zidd addımdır və qəbuledilməzdir" -deyə, BMT-nin insan hüquqları üzrə ali komissarı Michelle Bachelet əlavə edib.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 500 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilənlərdən 18-i azyaşlı uşaqlar və yeniyetmələrdir.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Bundan başqa, qəzəbli etirazçılar hakimiyyətə bağlı bir axundu ələ keçirdikdən sonra onun cinsi orqanını kəsib atıblar. Axund xəstəxanaya yerləşdirilib.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

2020-09-18

gun az article

İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18

gun az article

Amerika "ETTELAAT"la əlaqəli 45 İran vətəndaşı və 3 şirkətə sanksiya tətbiq edib

2020-09-18

gun az article

İranda daha 144 nəfər koronavirusdan ölüb, 3049 nəfər “Covid-19”a yoluxub

2020-09-18

gun az article

Əlbürz əyalətində daha 10 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 1057 nəfərə çatıb

2020-09-18

gun az article

Hərirçi: "Bütün ölkə qırmızı vəziyyətdədir"

2020-09-18

gun az article

İranın Hormozqan əyalətində koronavirusa yoluxanların sayı 748 nəfərə çatıb

2020-09-18

gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17