Müxaliflər Hələb mühasirəsini qırmaq üçün əməliyyata başladı

Müxaliflər Hələb mühasirəsini qırmaq üçün əməliyyata başladı

GünAz TV: Suriyada müxaliflər rejimin Hələbdəki mühasirəsini qırmaq məqsədiylə geniş əhatəli əməliyyatlara başlayıb. Cümə namazından əvvəl başlayan və Hələb şəhərinin mərkəzinin şərqində sıxlaşan qarşıdurmalarda, müxalif döyüşçülər mərmilərin yanında tank və ağır silahlardan da istifadə edirlər.

 

Müxalif qruplar, Daxiyyətül Əsəd səmtində əhəmiyyətli nöqtələri alaraq rejimin ilk müdafiə xəttini qırdıqlarını bəyan ediblər.

 

Müxaliflər ayrıca Nayrab bazasını da hədəfə alıblar. Qarşıdurmaların sıxlaşdığı bir başqa bölgə isə 1070 yaşayış məntəqəsi olaraq adlandırılan səmtdir.

 

Kənar yandan Suriya İnsan Haqqları Mərkəzi isə müxalif döyüşçülərin təşkil etdiyi hücumda Şam rəhbərliyinin idarəsindəki Hələbin qərbində 15 vətəndaşın həyatını itirdiyini, 100 adamın da yaralandığını bildirib.

N.S

Açar Sözlər

Dünya və İran

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN