NATO sammiti 2020-ci ilədək 30 batalyon və 30 hava eskadrilyasının yaradılmasını təsdiqləyib

NATO sammiti 2020-ci ilədək 30 batalyon və 30 hava eskadrilyasının yaradılmasını təsdiqləyib

GünAz TV: NATO-ya üzv 29 ölkənin dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə 30 gün ərzində düzülməyə hazır olan 30 batalyon və 30 hava eskadrilyasının yaradılmasını təsdiqləyib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

 

Bundan əlavə sammitdə kibermüdafiə və hibrid təhdidlərlə mübarizə aparmaq üçün bölmələrin yaradılması təsdiqlənib. Həmçinin Amerika Birləşmiş Ştatları (ABŞ) və Almaniyada iki yeni qərargahın yaradılması qərara alınıb.

 

Yens Stoltenberq bildirib ki,  toplantıda ittifaqa üzv ölkələrinin hərbi xərclərinin 2024-cü ilədək 266 milyard dollar artırılmasına dair milli planlar təsdiqlənib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN