Netanyahu: “Zərif yenə yalan danışır” -VİDEO

Netanyahu: “Zərif yenə yalan danışır” -VİDEO

GünazTV: İsrailin baş naziri Benyamin Netanyahu iyunun 10-da “Youtube”dakı rəsmi kanalında yaydığı 25 saniyəlik bir video-çarxda İranın uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini sürətləndirməsindən və rəsmi Tehranın ölkəsinə və dünyaya qarşı təhdidindən danışıb.

 

Öz açıqlamasında Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonun həmin gün İranın zənginləşdirilmiş uranın istehsalını artırması ilə bağlı agentliyin idarə heyətinə təqdim etdiyi hesabata toxunan Netanyahu, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifi yalançılıqda günahlandırıb: “Bu gün xəbər gəldi ki, İran uranı zənginləşdirməklə bağlı fəaliyyətini sürətləndirib. Lakin biz, İranın nüvə silahına yiyələnməsinə, İsraili və bütün dünyanı təhdid etməsinə imkan verməyəcəyik.

 

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif yenə yalan danışır. İsraili hər gün və açıq şəkildə məhv edəcəyi ilə təhdid edən tərəf məhz İrandır. İran Suriyada hərbi qüvvələrini yerləşdirməyi davam etdirir. Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyi elan etdi ki, İran özünün nüvə proqramı ilə bağlı fəaliyyətini sürətləndirib. Mən isə bir daha təkrar edirəm ki, İsrail İranın nüvə silahını yaymasına imkan verməyəcək. Çünki bu, bizim varlığımızı təhdid etdiyi bir halda, həm də bütün dünya üçün təhlükə yaradır” –deyə Benyamin Netanyahu vurğulayıb.

 

Xatırladaq ki, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif iyunun 10-da Tehrana səfər edən alman həmkarı Hayko Masla görüşündən sonra jurnalistlərə verdiyi birgə mətbuat konfransında İsrailin islam respublikasına qarşı təhidindən danışıb: “Siz nüvə silahları olan İsrail rejimindən soruşmalısınız. Necə olur ki, Netanyahu nüvə silahları istehsal edən Dimona təsisatının yanında dayanır və İranın məhv olunmasından danışır” –deyə Məhəmmədcavad Zərif əlavə edib.

 

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano iyunun 10-da jurnalistlərə açıqlamasında İranın zənginləşdirilmiş uranın istehsalını sürətləndirdiyi ilə bağlı yayılan məlumagtları təsdiq edib.

 

VİDEO:

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN