Obamanın nümayəndəsi: “Biz Türkiyə ilə çox yaxın şəkildə çalışırıq”

Obamanın nümayəndəsi: “Biz Türkiyə ilə çox yaxın şəkildə çalışırıq”

GünAz TV: İtaliya xarici işlər naziri Paolo Gentiloni, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin İŞİD-lə Mübarizə məsələləri üzrə xüsusi nümayəndəsi Brett MakQark ilə bir araya gəlib.

 

Görüşün ardından təşkil edilən ortaq mətbuat konfransında Gentiloni, İŞİD terror təşkilatına istiqamətli koalisiyanın qısa zamanda əldə etdiyi əhəmiyyətli müvəffəqiyyətlərin görülməsinin lazım olduğunu, hərbi müvəffəqiyyətlə yanaşı azad edilən ərazilərin yenidən sabitliyə qovuşmağa da başladığını dilə gətirərək, Ramadi və Fəllucda yerli xalqın bölgəyə geri döndüyünü ifadə edib.

 

Brett MakQarka jurnalistlərdən birinin "Suriyalı kürdləri dəstəkləyirsiniz, türklər də müxalifləri dəstəkləyir. Bu vəziyyət, Rakkanın qurtarılması mövzusunda bir dezavantaj yaradırmı?" şəklindəki sualına, ABŞ prezidentinin İŞİD-lə Mübarizə məsələləri üzrə xüsusi nümayəndəsi belə cavab verib: "Bu yaxşı bir sualdır. Biz Türkiyə ilə çox yaxın bir şəkildə çalışırıq. Prezident Obama cənab Ərdoğanla bir neçə gün əvvəl görüşdü. Görüş, çox əhəmiyyətli keçdi. Nəticələr bizə, İŞİD-ə qarşı təsirli mübarizə apardığımızı göstərir. 3 ay əvvəl bu anda müxaliflərin nəzarət etdiyi ərazilərə İŞİD nəzarət edirdi. Türklər oranı tamamiylə bağladılar. Biz onlara bunu etmələri üçün kömək etdik. Daha əvvəl də ictimaiyyətə açıqladığımız kimi türklərlə və Türkiyənin İŞİD-ə qarşı dəstəklədiyi müxalif qüvvələrlə əməkdaşlıq daxilindəyik. İŞİD-ə qarşı mübarizənin birlikdə icra edilməsindən əmin olmaq istəyirik. Bölgədə çox müxtəlif güclər var. Bu səbəbdən hər kəsin yaxın əməkdaşlığına ehtiyac var. Bu, bizim hər kəsə verdiyimiz mesajdır. Rakkanın xilas olmasına istiqamətli planın yavaşlamasını isə nəzərdə tutmuruq".

N.S

Açar Sözlər

Dünya və İran

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN