Pakistanda yüksək təhlükəsizlik şəraitində regional sammit keçirilib

2017-03-01 18:11

GünAz TV: Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib.

 

Dövlət başçısının rəsmi saytında yayılan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

 

Sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdirdilər.

 

Sammit “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.

 

İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açdı.

 

Dövlətimizin başçısı yüksək qonaqpərvərliyə və İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin mükəmməl təşkilinə görə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirdi. Respublikamızın 2006-cı və 2012-ci illərdə İslam Əməkdaşlıq Təşkilatının iki Sammitinə ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev bu təşkilata üzv ölkələrin hamısı ilə yaxşı münasibətlərə malik olan Azərbaycanın öz tərəfdaşları ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə iqtisadi əlaqələrini gücləndirdiyini vurğuladı.

 

Dövlətimizin başçısı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatını mühüm beynəlxalq təşkilat hesab etdiyini, 2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının sədri kimi ölkəmizin bu qurumu gücləndirmək, onun dünya iqtisadi əməkdaşlığında iştirakını artırmaq və üzv ölkələr arasında çoxtərəfli tərəfdaşlığı təbliğ etmək üçün əlindən gələni əsirgəmədiyini bildirdi.

 

Sonra Prezident İlham Əliyev Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin sədri seçildiyini elan etdi, ona fəaliyyətində uğurlar arzuladı.

 

Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının XII Sammitindən ötən müddətdə görülən işləri yüksək qiymətləndirərək Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Pakistanın bu quruma sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün səylə çalışacaqlarını vurğuladı.

 

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça da bu quruma Azərbaycanın sədrliyi dövründə səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, ötən müddətdə görülən işlərlə bağlı hesabat verdi.

 

Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı etimada və dəstəyə əsaslandığını vurğuladı. Dövlətimizin başçısı bunun əyani nümunəsi kimi, Azərbaycanın ərazisinin 20 faizini işğal edən Ermənistan ilə diplomatik münasibətlər qurmadığına görə Pakistana Azərbaycan xalqı adından bir daha minnətdarlığını çatdırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ağır nəticələrini, işğalçı Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasını konkret faktlar əsasında ətraflı xarakterizə edən Prezident İlham Əliyev Pakistanın Xocalı soyqırımını rəsmi şəkildə tanıyan 10-dan çox dövlətdən biri olduğunu dedi.

 

Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini deyən dövlətimizin başçısı respublikamızda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini bildirdi, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrə uğurlar arzuladı.

 

Sammitdə digər çıxış edənlər İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin qarşıda duran məsələlərin həlli üçün səylərini bundan sonra daha da gücləndirmələrinin, iqtisadi əlaqələri möhkəmləndirməyin, qarşılıqlı investisiya yatırımlarının artırılmasının və səmərəli təkliflərin nəzərə alınmasının vacibliyini vurğuladılar, Pakistana bu təşkilata sədrliyi dövründə uğurlar arzuladılar.

 

Səfər çərçivəsində Tüerkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İran prezidenti Həsən Ruhani ilə görüşüb.

 

Liderlər Pakistanın paytaxtı İslamabad şəhərindəki "Serena" otelində görüşüblər. Görüş mətbuata qapalı şəraitdə baş tutub. Ərdoğan və Ruhaninin görüşü 1 saat davam edib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Zərif sabiq amerikalı diplomatla görüşüb

2020-06-06

gun az article

Amerika İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsini Rusiyaya təqdim edib

2020-06-06

gun az article

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib

2020-06-06

gun az article

Rəsmi Paris İrandan Fəriba Adilxahı azad etməyi tələb edib

2020-06-06

gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04