Paşinyan istefasının tarixini bəyan etdi

Paşinyan istefasının tarixini bəyan etdi

GünAz Tv: Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefaya getməyi planlaşdırır.

 

Bunu baş nazir "France 24" telekanalına deyib.

 

Paşinyan bildirib: "Növbədənkənar seçkilər 9-10 dekabrda keçiriləcək. Bu, mən oktyabrın 16-da istefaya gedəndə, baş verəcək".

 

Bundan öncə Paşinyan bildirib ki, istefasından sonra parlament iki dəfə baş naziri seçmir, ardınca parlament buraxılır və növbədənkənar seçkilər təyin olunur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN