Peruda sel və daşqınlar nəticəsində 4 nəfər ölüb

Peruda sel və daşqınlar nəticəsində 4 nəfər ölüb

GünAz TV: Perunun Takna vilayətində leysan yağışların yol açdığı sel və daşqınlar nəticəsində ən azı 4 nəfər ölüb.


APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanların sayı 20 nəfərdən çoxdur.


Takna şəhərində yaşayış evlərinə də ciddi ziyan dəyib.


Hazırda itkin düşdüyü ehtimal edilən insanların axtarışı aparılır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN