Pompeo: “Livan və İraqda azadlıq tələb edənlər İranın yaraqlısı olmaq istəməyənlərdir”

Pompeo: “Livan və İraqda azadlıq tələb edənlər İranın yaraqlısı olmaq istəməyənlərdir”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Livan və İraqda cərəyan edən xalq etirazlarına münasibət bildirib.

 

O, Berlin divarının dağıdılmasının növbəti il dönümü münasibətilə Almaniyada keçirilmiş mərasimdəki çıxışı zamanı qeyd edib ki, hər iki ölkədə etiraz edən insanlar İrandan asılı olmaq istəməyən, eləcə də bu ölkənin muzdur yaraqlısına çevrilmək istəməyənlərdirlər.

 

Pompeo tədbir zamanı diktator rejimləri tənqid edib və bildirib ki, bütün dünya Avropa ölkələrini enerji ehtiyaclarına görə özündən asılı hala salmaq istəyən, Vladimir Putinin əlində olan Rusiya kimi ölkələrlə mübarizə aparmalıdır və bu kimi rejimlərin qarşısında dayanmalıdır.

 

O, prezident Trampın İrana qarşı maksimum təzyiq siyasətinin də bu əsaslara söykəndiyini və bunun rəsmi Tehranın terror və digər ölkələrin daxili işlərinə qarışma kimi təxribatçı addımlarının qarşısını almaq yürüdüldüyünü deyib.

 

“Repressiv qüvvələr əbədi kimi görsənirlər, lakin belə deyil. Buna görə də, azadlıq tərəfdarı olan xalqların yanında olmaq lazımdır”, - deyə Dövlət Departamentinin rəhbəri əlavə edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN