Pompeodan İraqa xəbərdarlıq: “İranın himayə etdiyi yaraqlılara nəzarət etməsəniz, təhlükə yarandığı təqdirdə, Amerika koordinasiyasız addım atacaq”

2019-05-15

GünAz TV: “Reuters” agentliyinin İraqın xüsusi xidmət orqanlarının yüksək rütbəli əməkdaşlarına istinadən yaydığı xəbərə görə, Mayk Pompeo Bağdada son səfəri zamanı bu ölkənin rəsmilərinə xəbərdarlıq edib.

 

ABŞ Dövlət Departamentinin rəhbərinin xəbərdarlığında bildirilir ki, “İranın himayə etdiyi yaraqlılara nəzarət etməsəniz, təhlükə yarandığı təqdirdə, Amerika koordinasiyasız özü buna cavab verəcək”.

 

“Reuters”in məlumatına əsasən, Pompeonun bu səfəri rəsmi Vaşinqtonun İraqda İran tərəfindən himayə edilən şiə yaraqlılarının ABŞ-ın istifadəsində olan hərbi bazalar yaxınlığına raket daşıması ilə bağlı kəşfiyyat məlumatları əldə etməsindən sonra həyata keçirilib.

 

Qeyd etmək lazımdır ki, son günlər ərzində rəsmi Tehranla Vaşinqton arasında ziddiyyətlər kəskinləşib. Xüsusilə də ABŞ-ın körfəzə “USS Abraham Linkoln”, B-52 strateji bombardımançı təyyarələr və Patriot zenit-raket kompleksi göndərməsi tərəflər arasında toqquşmaların yaşanacağı ehtimalını daha da artırıb. Bundan əlavə, dünən ABŞ-ın İran təhdidləri ilə mübarizə istiqamətində Yaxın Şərq regionuna 120 min nəfərlik qoşun göndərəcəyi ilə bağlı hələlik rəsmən təsdiqlənməmiş yeni məlumatlar yayılıb.

 

İraq iki tərəf arasında maraqların toqquşduğu ölkələrdən biridir. İran uzun illərdir ki, bu ölkədə öz təsir dairəsini genişləndirmək, eləcə də şiə terror qruplaşmaları yaratmaq və onları müxtəlif ölkələrin suverenliyinə qarşı istifadə etmək istiqamətində fəaliyyətlər göstərir.

 

İraqlı yüksək ranklı hərbçilərdən birinin agentliyə dediklərinə görə, amerikalılar rəsmi Bağdaddan ABŞ-ın mənafeyini təhdid edən İran tərəfindən idarə olunan şiə yaraqlıların qarşısını almağı istəyiblər. O, həmçinin əlavə edib: “Onlar bildirdilər ki, əgər İraq torpağında Amerika qüvvələrinə qarşı hücum baş tutsa, rəsmi Vaşinqton özünü qorumaq hüququndan istifadə edərək, Bağdadla koordinasiyasız buna cavab verəcək.”

 

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo mayın 8-də gözlənilmədən Bağdada səfər etmişdi. O, səfərinin “İranın hərbi aktivliyinin artmasından sonra” baş tutduğunu və İraq rəsmiləri ilə keçirilmiş görüşlərin məqsədinin onlardan öz ölkələrində amerikalıları qorumaq üçün lazım olan imkanlarının olduğu barədə zəmanət almaqdır.

 

Hələ ki, ABŞ Dövlət Departamenti Pompeonun Bağdad səfəri çərçivəsində iraqlı rəsmilərlə hansı müzakirələr apardığı barədə heç bir açıqlama verməyib.

 

“Biz təhdidlərlə mübarizə istiqamətində lazım olan bütün addımları atacağıq. Bundan başqa heç bir şeyi açıqlaya bilmərəm”- deyə Pompeonun özünün səfəri ilə bağlı jurnalistlərə verdiyi açıqlamada deyilirdi.

 

Bir müddət öncə Amerikanın Bağdaddakı səfirliyi İraqda olan ABŞ vətəndaşlarına “ziddiyyətlərin artdığı” barədə müraciət edərək, onlardan son dərəcə ehtiyatlı olmalarını istəmişdi.

 

Məsələyə münasibət bildirən İraqın Baş Naziri Adil Əbdul-Mehdi isə ölkəsinin tərəflərdən hər hansı birini təhdid edəcək heç bir fəaliyyəti müşahidə etmədiyini və rəsmi Bağdadın hər bir tərəfi qorumaqla bağlı öz öhdəliklərinə əməl etdiyini deyib.

 

Digər tərəfdən, bu gün ABŞ Dövlət Departamenti fövqəladə vəziyyətlə əlaqədar olmayan bütün dövlət qulluqçularının Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan çıxarılması barədə göstəriş verib

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Əhvaz və Mehrabad hava limanlarında iki təyyarə təcili eniş edib

2020-06-01

gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31

gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30

gun az article

İranda koronavirusa yoluxan və ölənlərin sayı yenidən artıb

2020-05-30

gun az article

İran rejiminin təhlükəsizlik qüvvələri noyabr etirazlarında öldürdükləri Puya Bəxtiyarinin qəbrini təhqir ediblər

2020-05-30

gun az article

İranda bütün məscidlər açılıb, "mall"lara qoyulan qadağalar aradan qaldırılıb

2020-05-30

gun az article

Ağ Evdən Xamneyinin statuslarına reaksiya: "Twitterin terroristlər və diktatorların mesajları ilə problemi yoxdur"

2020-05-29

gun az article

İran işğalçı Ermənistan rejimi ilə ticari əlaqələri daha da genişləndirir

2020-05-29

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 961 nəfərə çatıb

2020-05-29

gun az article

Küveyt Amerikadan 84 ədəd Patriot raketi alır

2020-05-29

gun az article

GünazTV May.29.2020: İçməli su böhranı və müharibədən daha çətin olan vəziyyət

2020-05-29

gun az article

İranın 4-cü tankeri Venesuelaya çatıb

2020-05-29

gun az article

İranda daha 50 nəfər koronavirusdan ölüb, 2819 nəfər isə xəstəliyə yoluxub

2020-05-29

gun az article

İranın Dehdəşt şəhərində zəlzələ baş verib

2020-05-29

gun az article

İran parlamentinin keçmiş spikeri Əli Laricani iki yeni posta təyin edilib

2020-05-29