Rəfsəncani ilə vida mərasimində səslənən Musəvi və Kərrubiyə dəstək şüarları dövlət televiziyasında senzura edilib

2017-01-10 18:15

GünAzTV: Yanvarın 10-u Tehranda Haşimi Rəfsəncani ilə vida mərasiminə qatılan on minlərlə iştikakçının küçələrdə Mirhüseyn Musəviyə, Mehdi Kərrubiyə və keçmiş prezident Məhəmməd Xatəmiyə səsləndirdiyi dəstək şüarlarının dövlət televiziyasından yayımının qarşısı alınıb.

 

Bildirilir ki, vida mərasimini canlı yayan İran dövlət televiziyası, on minlərlə mərasim iştirakçısının küçələrdə səsləndirdiyi “Bizim sözümüz aydındır, Musəvinin həbsinə son qoyulmalıdır”, Ya Hüseyn, Mirhüseyn”, Dövlət redio-televiziyası bizim üçün bir ləkədir”, Haşiminin nəsihəti budur: Xatəmiyə dəstək verin”, “Musəvi, Kərrubi, başın sağ olsun”, “Mikrofon sənin olsun, haqq səsi də bizim”, “Haşimiyə, Xatəmiyə salam olsun”, “Xatəmi yerin məlumdur” şüarlarını açıq aşkar senzura edib. Bildirilir ki, dövlət televiziyası həmin şüarlar səslənəndə, tamaşaçılar onları eşitməsin deyə, gah uca səslə mərsiyyə yayır, gah hansısa diktor danışmağa başlayır, gah da yayım prosesində fasilələr yaranmağa başlanılırdı.

 

Qeyd olunur ki, təhlükəsizlik qüvvələri keçmiş prezident Məhəmməd Xatəminin vida mərasiminə qatılmasının qarşısını alıblar. Bildirilir ki, Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi bu qadağadan narahat olaraq üzünü mərasin iştirakçılarına tutaraq bunları deyib: “Ay camaat bilin ki, Xatəminin vida mərasiminə qatılmasına hökumət imkan verməyib”.

 

Yanvarın 10-u sübh saatlarında İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumunun vəfat etmiş rəisi ayətullah Haşimi Rəfsəncani ilə vida mərasimi keçirilib. Vida mərasimi sübh saatlarında Tehran Universitetində, İranın dini lideri Əli Xamneyi, prezident Həsən Ruhani və digər rəsmilərin iştirakı ilə keçirilib.

 

Əvvəlcə Xamneyinin başçılığı ilə Rəfsəncaninin tabutu qarşısında cənazə namazı qılınıb. Ardınca da Rəfsəncaninin cənazəsi bir neçə küçə və meydanda ailə üzvlərinin və tərəfdarlarının çiynində gəzdirildikdən sonra dəfn olunmaq üçün Tehanın “Behişti Zəhra” qəbiristanlığında olan Xomeyninin hərəminə aparılıb və orada basdırılıb.

 

Rəfsəncani yanvarın 8-i günortadan sonra səhhətində yaranmış qəfil nasazlığa görə Tehranın “Şühədai Təcriş” xəstəxanasına yerləşdirilib. O, həmin gün axşam saat 19:30 radələrində gözlənilmədən ürək çatışmamazlığından 82 yaşında vəfat edib.

 

Qeyd edək ki, İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin yaxın adamlarından olan Rəfsəncani, son 38 ildə müxtəlif mühüm vəzifələrdə çalışıb və Xomeyninin ölümündən sonra mövcud sistemin iki sütunundan biri sayılıb. O, iki dəfə İran parlamentinin sədri, iki dəfə ölkə prezidenti vəzifələrində çalışıb. Üləma Məclisinin üzvü, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi və digər mühüm vəzifələrdə fəaliyyət göstərib.

 

O, İran-İraq arasında 8 illik müharibənin başa çatmasında mühüm rol oynayıb. Bununla bağlı o, Xomeynini BMT-nin 598 saylı qətnaməsini qəbul etməyə, müharibəyə son qoymağa razı sala bilib. Rəfsəncani həmçinin Xomeyninin vəfatından sonra hazırkı dini lider Əli Xameneyinin ölkə rəhbərliyinə gətirilməsində və ona “ayətullah” və “Vəliyyi-fəqih” titulları verilməsində əsas  rol oynayıb.

 

 80-cı illərdə İran parlamentinin sədri vəzifəsində çalışan Rəfsəncani, ölkədə müxalif qruplara qarşı repressiyalarda, zindanlarda minlərlə siyasi məhbusun qətliam edilməsində və xarici ölkələrdə yaşayan yüzlərlə tanınmış siyasi fəalın və ziyalının terrorunda birbaşa əli olsa da, 90-cı illərin ortalarından başlayaraq siyasi mövqeyində dəyişiklik yaranaraq hakimiyyətin radikal qolundan, o cümlədən də Xamneyidən tədriclə uzaqlaşmağa çalışıb. O, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərində açıq-aşkar Mirhüseyn Musəvini dəstəkləyib və getdikcə islahatçılarla eyni mövqedən çıxış etməyə çalışıb. O, siyasi məvqeyində edilən məhz bu dəyişikliyə görə son illər Xamneyiyə yaxın radikal cərəyanın hədəfinə çevrilərək özü və ailə üzvləri müxtəlif təzyiqlərə məruz qoyulub, bir qızı və bir oğlu müxtəlif ittihamlarla zindana salınıb.

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Zərif sabiq amerikalı diplomatla görüşüb

2020-06-06

gun az article

Amerika İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsini Rusiyaya təqdim edib

2020-06-06

gun az article

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib

2020-06-06

gun az article

Rəsmi Paris İrandan Fəriba Adilxahı azad etməyi tələb edib

2020-06-06

gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04