Rəsmi Bakı: İsrail dronlarının İraq və İrana hücum məqsədilə Azərbaycana gətirilməsi barədə məlumatları qətiyyətlə rədd edirik

Rəsmi Bakı: İsrail dronlarının İraq və İrana hücum məqsədilə Azərbaycana gətirilməsi barədə məlumatları qətiyyətlə rədd edirik

GünAz TV: İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. 

 

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva kütləvi informasiya vasitələrinin sualını cavablandırarkən bildirib.

 

"Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir.

 

Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır", - deyə o qeyd edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN