Ruhani: "Həm militaristlər kənara getməlidir, həm də militarizm siyasəti kənara qoyulmalıdır”

Ruhani:

GünazTV: İran prezidenti Həsən Ruhani sentyabrın 11-də Nazirlər Kabinetinin iclasında çıxış edərək ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun istefaya göndərilməsinə dolayısıyla münasibət bilririb.

 

Ruhani öz çıxışında Boltonun adını çəkmədən Amerikanın İrana qarşı yürütdüyü maksimum təzyiq siyasətini tənqid edib: “Amerikalılar başa düşməlidirlər ki, militarizm və militaristlər onların mənafeyinə xidmət etmir. Hesab edirik ki, həm miltaristlər kənara getməlidir, həm də militarizm və maksimum təzyiq siyasəti kənara qoyulmalıdır. Bu gün düşmən bizə qarşı maksimum təzyiq siyasətindən istifadə edir. Bizim isə bunun qarşısında yolumuz müqavimətdir.

 

Dəfələrlə demişik ki, bizim və islam respublikasının məntiqi dinc nüvə texnologiyasına yiyələnməkdir. Demişik ki, nüvə sazişində (“Bərcam”da) məntiqimiz öhdəlik qarşısında öhdəlikdir. Əgər qarşı tərəf öz üzərinə öhdəlik götürsə və ona sadiq qalsa, biz də üzərimizə götürdüyümüz öhdəliyə sadiq qalarıq. Yox, əgər onlar yarımçıq öhdəlik götürsələr, biz də yarımçıq öhdəlik götürərik.

 

Bir daha bildirirəm ki, lazım olsa İran nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün növbəti addımlar atacaq” -deyə İran prezidenti Həsən Ruhani əlavə edib.

 

 Con Bolton

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 10-da özünün İrana qarşı radikal mövqeyi ilə tanınan milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu tutduğu vəzifəsindən azad edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN