“Sepah”ın baş komandanı: “Mosul cəbhəsində bizim heç bir qüvvəmiz yoxdur”

“Sepah”ın baş komandanı: “Mosul cəbhəsində bizim heç bir qüvvəmiz yoxdur”

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Məhəmmədəli Cəfəri noyabrın 24-də Tehranda keçirilən bir tədbirdə çıxış edərək İraqdakı Mosul əməliyyatından və İranın Suriyadakı hərbi qüvvələrindən danışıb.

 

Məhəmmədəli Cəfəri bildirib ki, Mosul əməliyyatına qatılan İraqın hərbi qüvvələri bu işin öhdəsindən layiqincə gəldiyinə görə, İran hərbi qüvvələrinin bu əməliyyatda iştirakına ehtiyac qalmır: “Mosul cəbhəsində bizim heç bir qüvvəmiz yoxdur. Çünki İraqın xalq qüvvələri tam gücləri ilə bu əməliyyatı irəli aparırlar. Suriyada terrorçulara qarşı aparılan savaşa gəlincə, iranlı gənclər könüllü olaraq bu ölkəyə getməyə canfəşanlıq edirlər. Lakin onların üzünə yol bağlıdır. Ola bilsin ki, bəzi gənclər də özləri təşəbbüs göstərərək qeyri-rəsmi yollarla bu ölkəyə getməyə cəhd göstərirlər. Biz isə bunu inkar etmirik”.

 

“Sepah”ın baş komandanı Tehranla Qərb arasında əldə edilmiş nüvə razılaşmasının (“Bərcam”ın) Amerika hökuməti tərəfindən pozulacağı təqdirdə “Sepah”ın buna mümkün reaksiyasının necə olacağına da aydınlıq gətirib: “”Sepah”, İran İslam Respublikası sisteminin və onun hökumətinin bir hissəsidir. Ölkə rəhbəri, hökumət və parlament bu haqda nə desələr və hansı qərarı qəbul etsələr, “Sepah” da tam qətiyyətlə onu dəstəkləyəcək”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN