“Sepah”ın daha 3 əfqanlı döyüşçüsü Suriyada həlak olub

“Sepah”ın daha 3 əfqanlı döyüşçüsü Suriyada həlak olub

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah”ın daha 3 əfqanlı döyüşçüsü, Mahmud Salari, Zəbihullah Cəfəri və Əlirza Qənbəri Suriyada gedən savaşda həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən “Sepah”ın “Fatimiyyun” briqadasının muzdlu döyüşçüləri bir neçə gün əvvəl, bu ölkənin Hələb əyalətində müxaliflər tərəfindən öldürülüb. Cənazələri ölkəyə gətirilən hər üç “Sepah”çının, yanvarın 18-i və 19-da İranın Vəramin və Məşhəd şəhərlərində torpağa tapşırılacağı bildirilir.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN